Yapon Takesi Kurixaranın yumurta möcüzəsi...

XƏBƏRLƏR
17 Noyabr
22:42

Xarici ölkə mətbuatının yazdığına görə, yapon həkim T.Kurixara onlarca yaşlı xəstəsini yumurta ilə xilas edib. O, 85 yaşlı cansız və artıq üzü ölümə gedən pasiyentini necə sağaltdığını danışıb: “Güclə yeriyən qoca klinikaya qəbula gələndə rəngi avazımış, orqanizmi tükənmişdi. Analizində heç bir göstərici yaxşı deyildi. Mən ona zülal vacib olduğunu deyib, ət yeməsini, ət az yeyirsə, heç olmasa, günə 5 yumurta yeməyi tövsiyə etdim.


4 aydan sonra onu yenidən gördüm. Rəngi özünə gəlmiş, qaməti düzəlmiş, hətta saçları parlayırdı, sanki ayrı adam idi. Nə baş verdiyini soruşanda dedi ki, elə siz dediyiniz kimi, günə 5 yumurta yeyirəm. Baxdım ki, bədəni həyat enerjisi ilə doludur.
  İş orasındadır ki, yaşlananda orqanizmdə albumin azalır, bu da qanın zülal fraksiyasının 60 faizini təşkil edir. Albumin defisiti zamanı qəbul edilən faydalı maddələr qanla bədənə sorulmur. Yaşlı insanın orqanizmi gücdən düşür, o, yataq rejiminə keçir.
 Bu 85 yaşlı xəstənin də analizində albumin təhlükəli dərəcədə az – cəmi 3,5 qram idi. Məlum məsələdir ki, günə 5 yumurta yemək yaşlı kişinin qanında məhz albumini yüksəltmişdi ki, bu da qocalıq zəifliyini aradan qaldırıb.
  Yumurtada ideal amin turşuları var, təsadüfi deyil ki, yumurta canlı quş yetişdirən kapsuldur, deməli, orqanizm üçün lazım olan hər şeylə zəngindir. Bir yumurtada 10 qram təmiz zülal, eləcə də protein var. Yumurtanın xolesterini artırıb, damarları tutması isə mifdir. Çünki yumurtanın ağında sistein var ki, o da pis xolesterini azaldır, sarısı isə lesitinlə zəngindir. Eləcə də, yumurta kalsiumla zəngindir, bu da sümüklərin möhkəmliyi üçün vacibdir.
Gündə 1 yumurta möcüzədir, 5 yumurta isə qocanı gəncləşdirir.

XƏBƏRLƏR bölməsi