Amerikalı senator bu ölkədə yaşayan soydaşımızın Ermənistanla bağlı müraciətini cavablandırıb

XARİCİ XƏBƏRLƏR
2 Oktyabr
02:02

ABŞ senatoru Tim Keyn Azərbaycan icmasının fəal üzvü Türkan Tahirlinin Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə cavab verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sena­tor cavab məktubunda cari ildə Azərbaycanla ABŞ arasında dip­lomatik münasibətlərin qurulması­nın 30 illiyinin qeyd edildiyini bildi­rib. İki ölkənin xalqlarının uzun illər ərzində məhsuldar əlaqələri pay­laşdığına, ABŞ-la Azərbaycan ara­sında sıx ikitərəfli iqtisadi əlaqələrin mövcud olduğuna, Kosovo, İraq və Əfqanıstandakı beynəlxalq sülhya­ratma əməliyyatlarında tərəfdaşlıq edildiyinə və Avropanın ener­ji təhlükəsizliyinin dəstəklənməsi sahəsində birgə əməkdaşlığa diqqət cəlb edilib.

ABŞ Senatının 2022-ci ilin mar­tında Qarabağda minatəmizləməyə iki milyon ABŞ dollarının ayrılma­sına dair hərtərəfli təxsisat paketi qəbul etdiyini xatırladan senator bu addımı dəstəklədiyindən məmnun olduğunu, eləcə də ABŞ-ın minasız­laşdırma səylərinin etibarlı şəkildə maliyyələşdirməsini, o cümlədən, belə yardımın bütün Qarabağ regionuna göstərilməsini dəstəklədiyini söyləyib. Tim Keyn hazırda Cənubi Qafqaz bölgəsində vəziyyətin qeyri-sabit qal­dığını, münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan liderlərinin birgə işləməsi zərurətini vurğulayıb.

“Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq sizin fikirlərinizi nəzərə ala­cağam və ABŞ-la Azərbaycan arasın­dakı mühüm əlaqələri dəstəkləməkdə davam edəcəyəm”, – deyə senator əlavə edib.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi