İndoneziyada zəlzələ

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
23:30

İndoneziyanın Şimali Tapanuli dairəsinin Şimali Sumarta əyalətində 6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində bir nəfər həlak olub, 9 nəfər xəsarət alıb.

“Antara News”ə müsahibəsində İndoneziya Meteorologi­ya Agentliyinin rəhbəri Dvikorita Karnavati bildirib ki, zəlzələ gecə saat 2:28-də baş verib. Yeraltı təkanların epimərkəzi Şimali Tapanulidən 14 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi