Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası əməkdaşlığı genişləndirir

SİYASƏT
1 Oktyabr
02:05

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində Azərbaycan Mətbuat Şurasının yeni sədri Rəşad Məcidlə görüş keçirilib. Agentlikdən aldığımız məlumatda bildirilir ki, görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Agentliyin icraçı direktoru Əhməd İsmayılov ölkəmizdə me­dianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin KİV-ə davamlı dəstəyindən, jurnalistlərin peşəkarlığının artı­rılması və beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışıb. Qurum rəhbəri bu istiqamətlərdə Mətbuat Şurası ilə birgə layihələrin icrasının önəmini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, medianın inkişafı ilə bağlı gerçəkləşdirilən dövlət siyasəti milli mətbuatımızın təminatlı gələcəyinə və jurnalist peşəkarlığının yüksəldilməsinə olan ümidləri önəmli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən layihələri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın bundan sonra da faydalı ola­cağını söyləyib.

Görüşdə birgə əməkdaşlığın perspektivləri və səmərəli fəaliyyət istiqamətləri müzakirə olunub.

T.AYDINOĞLU,

“Xalq qəzeti”

SİYASƏT bölməsi