Böyük Britaniya işçi qıtlığından əziyyət çəkir

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
00:45

Böyük Britaniyada işçi qıtlığı yaranıb. Rəsmi London işçi qıtlığını aradan qaldırmaq məqsədilə hökumətin həyata keçirdiyi viza siyasəti sistemində dəyişiklik etmək qərarına gəlib. Bu barədə “The Guardian”nəşri məlumat yayıb.

Mənbə xəbər verir ki, Birləşmiş Krallığın yeni Baş naziri Liz Trass ölkədəki bir sıra əsas sektorlarda kəskin işçi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcəyini açıqlayıb. Bildirilir ki, xanım Tras­sın təşəbbüsü sahibkarlar və iş adamları tərəfindən müsbət qiymətləndirilib.

Məlumata görə, yeni sistemdə ilk olaraq işçi qüvvəsi çatışmazlığı olan peşələrin siya­hısının dəyişdirilməsi nəzərdə tutulur. Bu yolla kadrların işə götürülməsinə şərait yaratmaq hədəflənir.

Qeyd olunur ki, ölkədə internet infrastruk­turunun inkişafı üçün bu sektorların başında rabitə texnologiyaları sahəsində çalışan­ların yer alacağı gözlənilir. Həmçinin kənd təsərrüfatı işçiləri üçün 38 min viza kvotası olsa da, ehtiyac duyulan işçilərin sayının xeyli çox olduğunu bildirərək bu limitin artırılması nəzərdə tutulub.

Bundan başqa, şirkətlərin xarici ölkələrdən gələn işçi qüvvəsini işə götürməsini asanlaş­dırmaq üçün ingilis dili biliyi tələbinin yumşal­dılması da gündəmdədir.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi