“Qazprom” Çinə qaz ixracını bərpa edib

XARİCİ XƏBƏRLƏR
1 Oktyabr
00:15

Rusiyanın “Qazprom” şirkəti sentyabrın 30-da Çinə qaz ixracını bərpa edib.

“Qazprom” şirkətindən bildiriblər ki, “Sila Sibiri” qaz kəmərində profilaktik işlər aparıldığı üçün sent­yabrın 22-də Çinə qaz ixracı dayandı­rılmışdı. Sentyabrın 22-dən 30-dək “Sila Sibiri” qaz kəmərində profilaktik təmir işləri aparıldı. Təmir işləri başa çatdıqdan sonra Rusiyanın “Qazp­rom” şirkəti ilə Çinin “CNPC” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Çinə qaz ixracı bərpa edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi