İtaliyanın yeraltı qaz anbarları qışa hazırdır

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:36

İtaliyadakı yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faizə yüksəlib. BBC-nin məlumatına görə, bu barədə İtaliyanın Ekoloji Transformasiya naziri Roberto Cinqolani açıqlama verib.

O, ölkəsinin qazın yeraltı anbarlarının doldurulması ilə bağlı payız fəslinin sonuna nəzərdə tutulan 90 faizlik hədəfə çatdığını bildirib: “Bu nəticə bizi qarşıdakı həftələrdə yeni hədəf qoymağa vadar edir. Hədəfimiz anbarları 92-93 faizlik doluluq nisbətinə çatdırmaqdır ki, qış fəslində maksimum is­tehlak səviyyəsini rahat təmin edə bilək”.

Qeyd edək ki, Azərbaycan qazının əsas idxalçılarından olan İtaliya Rusiya qazından asılılığı azaltmaq üçün son dövrlərdə Əlcəzair və Anqola kimi ölkələrdən də tədarükü artırıb. İtaliya Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi