Florida ştatında 2 milyon nəfər işıqsız qalıb

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:24

ABŞ-ın Florida ştatına gələn tropik “İen” qasırğası daşqına və dağıntıya səbəb olub. Ştatda küləyin sürəti saatda 240 kilometrə çatıb. Fort-Mayers şəhərciyində küçələr çaya dönüb. Küçələrdə nərə balıqları görünüb. Güclü külək ağacları, elektrik dirəklərini aşırıb. Avtomobillərə və evlərə xeyli ziyan dəyib. Ştatda 2 milyon nəfər işıqsız qalıb.

Bütün qəza xidmətləri gücləndirilmiş iş rejiminə keçiblər. 20 nəfər kubalı miqrantın itkin düşdüyü bildirilir. Hələ qa­sırğa nəticəsində həlak olanların və xəsarət alanların sayı dəqiqləşdirilməyib.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi