Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 18 faiz azalıb

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
23:14

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusu ilə bağlı məlumat yayıb.

Məlumatda deyi­lir ki, həftə ərzində dünyada 3 milyon nəfər koronavirus in­feksiyasına yoluxub. 9 min nəfər vəfat edib. Həftə ərzində yoluxanların sayı 11 faiz, vəfat edənlərin sayı 18 faiz azalıb.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yo­luxma Afrikada 34 faiz, Avropada 26 faiz, Şərqi Aralıq dənizi regionunda 26 faiz azalıb.

Həftə ərzində ABŞ-da 2484 nəfər, Rusiyada 712 nəfər, Ya­poniyada 659 nəfər, Çində 497 nəfər və Braziliyada 450 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi