M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında anım tədbiri keçirilib

MƏDƏNİYYƏT
29 Sentyabr
16:55

Sentyabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında anım tədbiri keçirilib.

Bu barədə "Xalq qəzeti"nə İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir Vətən müharibəsi şəhidləri Sənan Kərimov, Sübhan Abdurrahmanlı, Nazim Hüseynov və Səbuhi Səmədovun xatirəsinə həsr olunub. 

Tədbirdə şəhid ailələri, qazilər, kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.

Sonra 44 günlük müharibədə şəhadətə ucalmış qəhrəmanların ailələri eləcə də qazilər Vüsal Həsənov və Murad Şirinov döyüş xatirələrini bölüşüblər. 

Kitabxananın direktoru Aliyə Kərimova qeyd edib ki, bizim mənəvi borcumuz şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün əlimizdən gələn xidməti əsirgəməməkdir.

Sonda kitabxananın  bütün şöbələrində təşkil edilmiş "Qarabağım" və "Şuşa sən azadsan" adlı kitab sərgilərinə baxış keçirilib.

MƏDƏNİYYƏT bölməsi