"Qələbəyə aparan yol" adlı tədbir keçirilib

MƏDƏNİYYƏT
29 Sentyabr
16:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 27 sentyabr- Anım günü ilə əlaqədar "Qələbəyə aparan yol" adlı tədbir keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Kitabxananın Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Vətən müharibəsi iştirakçısı, II Qarabağ müharibəsi əlili, Məmmədəliyev Qəfər Səfər oğlu, AR Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranları Hüquqları Müdafiəsi  İctimai İşlər üzrə Birliyi sədrinin I müavini, I və II Qarabağ müharibəsi iştirakçısı Hüseyn Cavid Ağa oğlu, II Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı, "Cəsur döyüşçü", "3-cü dərəcəli fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medallarının təltifçisi Zeynalov Sənan Arif oğlu, II Qarabağ müharibəsi iştirakçısı, "Cəsur döyüşçü" medallarının təltifçisi, leytenant Qasımov Əlibaba Orucəli oğlu, II Qarabağ müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "İgidliyə görə" medallarının təltifçisi Əliyev Hüseyn Xanməmməd oğlu, "Qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi" Humanitar şöbəsinin müdiri Hüseynova Püstəxanım, Binəqədi rayonunda yerləşən 3, 102 və 182 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Azərbaycan Respublikası Dövlət Himnini səsləndiriblər sonra şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin tanıdılması, vətənpərvərlik örnəyi olaraq qazilərlə gənc nəsil və ictimaiyyat arasında görüşün təşkili, tariximizə qızıl hərflərlə yazılmış Zəfərə aparan yolun təbliğidir.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva tərəfindən "Qələbəyə aparan yol" adlı kitab sərgisinin biblioqrafik icmalı təqdim edilib.

Tədbirdə həmçinin  istedadlı və bacarıqlı oxucuların işğaldan azad edilmiş torpaqlarımıza həsr etdikləri əl işləri nümayiş olunub, məktəbli oxucular isə öz növbəsində Vətən müharibəsinə və şəhadətə həsr edilmiş şeirlər səsləndirib, kompozisiyalar təqdim ediblər.

Tədbirin sonunda Vətən müharibəsi qaziləri ilə xatirə şəkli çəkilib.

MƏDƏNİYYƏT bölməsi