Nəsibə Məmmədova: Eldar Qəmərli yaradıcılığında Şirvan şəhərinin tarixinə dair xeyli araşdırmalar var

MƏDƏNİYYƏT
29 Sentyabr
14:38

Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında şəxsi mənşəli fondların yaradılması davam edir.

"Xalq qəzeti" xəbər verir ki, bu minvalla mərhum şair, publisist Eldar Qəmərlinin yaradıcılığına dair 1 siyahı üzrə 29 saxlama vahidi şairin həyat yoldaşı Qəhrəmanova Gülavaz Salman qızı tərəfindən Şirvan filialına təhvil verilib. Bunlar arasında müəllifin kitabları, əlyazma şeirləri, mərhuma dair müxtəlif sənədlər və xatirə şəkilləri var. Tərəflər arasında akt imzalanıb.

ARDA Şirvan filialının direktor vəzifəsini icra edən Nəsibə Məmmədova Eldar Qəmərli yaradıcılığında Şirvan şəhərinin tarixinə dair xeyli araşdırmalar olduğunu vurğulayıb. O, şairin 2011-ci ildə nəşr olunmuş "Şirvan şəhəri" adlı kitabında regionun uzaq tarixi keçmişindən erkən orta əsrlərə qədər dəyərli faktlar olduğunu deyib. Qeyd edilib ki, təkcə bu kitabı ilə Eldar Qəmərli yaradıcılığı Şirvan şəhəri üçün yüksək əhəmiyyət daşıyır.

MƏDƏNİYYƏT bölməsi