ABŞ və Hindistan BMT TŞ-nin modernləşdirilməsinə çağırıb

XARİCİ XƏBƏRLƏR
29 Sentyabr
00:04

ABŞ və Hindistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) daha inklüziv quruma çevrilərək modernləşdirilməsinin tərəfdarıdır. 
 

TASS informasiya agentliyi yazır ki, bunu Birləşmiş Ştat­ların Dövlət katibi Entoni Blinken Dövlət Departamentində Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Subrahman­yam Caişankar ilə görüşündən sonra keçirilən mətbuat konf­ransında deyib. 
ABŞ Dövlət katibi deyib: “Üzləşdiyimiz problemləri həll etmək üçün BMT üzvləri nəinki Nizamnaməyə əməl etməli, eləcə də Təhlükəsizlik Şurasının inklüzivlik səviyyəsini artır­maqla institutu müasirləşdirməlidirlər”. 
Rövşən TOĞRUL,

“Xalq qəzeti” 

XARİCİ XƏBƏRLƏR bölməsi