Kuba işıqsız qalıb

XARİCİ XƏBƏRLƏR
28 Sentyabr
23:38

Kubaya gələn tropik “İen” qasırğası “Azadlıq adası”nı işıqsız qoyub. Ölkənin bütün ərazisində elektrik enerjisinin verilişi kəsilib. Kubanın “Union Electrica” şirkəti bildirib ki, qasırğa ölkə enerji sistemini darmadağın edib. 
Enerji sistemi iflic vəziyyətdədir. Ölkənin hər yerini cənginə alan “İen” qasırğası elektrik stansiyalarının da işi­ni bərbad hala salıb. Hazırda Kubada bərpa işləri aparılır. Verilən məlumata görə, qasırğa nəticəsində həlak olanlar və xəsarət alanlar var. 
TASS-ın məlumatına görə, Meksika körfəzindən gələn tropik “İen” qasırğa­sı ABŞ-ın Florida ştatına doğru hərəkət edir. Ştatda fövqəladə vəziyyət elan edilib. Sinoptiklərin məlumatına görə, küləyin sürəti saatda 225 kilometrə çatır. 
Qəzənfər QASIMOV,

“Xalq qəzeti” 

XARİCİ XƏBƏRLƏR bölməsi