YAP-ın nümayəndələri ulu öndərin məzarını və Şəhidlər xiyabanlarını ziyarət ediblər

SİYASƏT
28 Sentyabr
00:16

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra hər iki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının, Birinci Qara­bağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirələri ehtiramla yad olunub, məzarlarının önünə gül dəstələri qoyu­lub.

“Xalq qəzeti”

SİYASƏT bölməsi