Mersində terror

XARİCİ XƏBƏRLƏR
27 Sentyabr
23:34

Türkiyənin kurort şəhəri olan Mersində polis idarəsinə silahlı hücum olub. Polis formasında olan terrorçular polis əməkdaşlarına atəş açıblar.

Terrorçulardan biri qadın terrorçu-kamikadze polislərə kustar üsulla hazırlanmış qumbara atmaq istəyərkən zərərsizləşdirilib.

Atışma zamanı bir polis əməkdaşı həlak olub, digəri isə ağır xəsarət alıb. Terrorçulardan biri saxlanılıb. Məlum olub ki, onlar Kürd Fəhlə Partiyasının fəal üzvləridir.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi