Mədəniyyət ocaqlarında Anım Günü tədbirləri

MƏDƏNİYYƏT
26 Sentyabr
23:47

27 sentyabr -- Anım Günü ilə əlaqədar Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçirilir. Bu barədə Mədəniyyət Nazirliyindən bildirmişlər. Qeyd edilib ki, Anım Günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi əsasında "Zəfər yolu" tamaşası hazırlanıb.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan “Bir nəfəs qədər” tamaşası nüma­yiş olunacaq. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Anım Günü ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçiriləcək.

Mstislav Rostropoviçlərin ev muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalanları tanımaq və anmaq məqsədi ilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir təşkil olunacaq.

Eyni zamanda, Səməd Vurğunun ev muzeyində “44 günlük Vətən müharibəsi...” adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi keçirilir Eləcə də, Abdulla Şaiqin mənzil muzeyində Anım Günü ilə bağlı “Zəfərə aparan yol” adlı tədbir təşkil olunacaq. Bundan başqa, Nəriman Nərimanovun xatirə muzeyində “44 günlük zəfər tariximiz” adlı sərgi və açıq qapı günü təşkil olunacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi