Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq

XƏBƏRLƏR
17 Sentyabr
13:30

Azərbaycanda sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 25-29° isti, Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 30-35° isti, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacağı gözlənilir.

XƏBƏRLƏR bölməsi