“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında və respublikanın regionlarında tikinti-quraşdırma, qəza-bərpa işlərini həyata keçirərkən ərazidə qazılmış asfalt örtüyünün bərpasının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
16 Sentyabr
00:06

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıla­rı oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 – daxili 2259, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Abşeron yarımadasında və respublikanın regionla­rında tikinti-quraşdırma və qəza-bərpa işlərini həyata keçirərkən ərazidə qazılmış asfalt örtüyünün bərpası (5-20 sm aralığında cəmi 185550 m2).

Tenderdə iştirak haqqı 500,00 (beş yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN: 9900001751

Bank: “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AI­IB33070019441100216111

Xarici valyutada hesab nömrəsi AZ55AI­IB33170018401100216111

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

Tender iştirakçıları tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hü­quqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olma­sı barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandı­rılmış şəxs olmaması barədə arayış;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay­dasında qadağan edilməməsi barədə arayış;

- lisenziya və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qay­dada təsdiqlənmiş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (son beş il (1 yanvar 2017-ci il – 31 dekabr 2021-ci il) ərzində ümumi məbləği 3 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifika­siyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər, son beş il (1 yanvar 2017-ci il – 31 dekabr 2021-ci il) ərzində ən azı 5 milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb edilən digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 oktyabr 2022-ci il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 oktyabr 2022-ci il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvan­da yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ün­vanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 oktyabr 2022-ci il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

REKLAM VƏ ELAN bölməsi