Hürriyyət küçəsi təmir olunur

XƏBƏRLƏR
6 Sentyabr
20:16
Uzunluğu 470 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Hazırda küçəyə 12 sm olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Təmir işləri çərçivəsində:
- zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb,
- əks-dolğu,
- yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
 

XƏBƏRLƏR bölməsi