Azərbaycan və Türkiyə müdafiə sənayesində birgə istehsal planlaşdırır

XƏBƏRLƏR
6 Sentyabr
14:51

Azərbaycan və Türkiyə müdafiə sənayesində birgə istehsalın yaradılmasını planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

Onun sözlərinə görə, hərbi texnikanın təmirinin təşkili də nəzərdə tutulub.

“Türkiyədə müdafiə sənayesi çox sürətlə inkişaf edir. Bu günə qədər onların ölkədə silah istehsalı ilə məşğul olan 1500 minə yaxın şirkəti var. Yeddi türk şirkəti dünyanın TOP-100 müdafiə sənayesi istehsalçısı sırasına daxil edilib”.

M.Quliyev vurğulayıb ki, bu gün yerli istehsalda ən son silah növlərinin hazırlanması istiqamətində işlər aparılır.

“Bura pilotsuz uçuş aparatları, eləcə də düşmən hədəflərini uzaqdan vura bilən digər silah növləri daxildir. Həmçinin, biz hamımız şahidi olmuşuq ki, döyüş əməliyyatları zamanı hansı silahlar daha təsirli olur”, - M.Quliyev bildirib.

XƏBƏRLƏR bölməsi