Azərbaycan Respublikası Prezidentinin Fərmanı

FƏRMANLAR
24 Avqust
17:02

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014, № 12, maddə 1923; 2021, № 5, maddə 434) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bəndə “sahibkarların” sözündən sonra “manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” üzrə:

1.2.1. 1.1-ci və 2.1-ci bəndlərə “sahibkarların” sözündən sonra “manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və” sözləri əlavə edilsin;

1.2.2. 2.2.2-ci yarımbəndə “kreditlərə” sözündən sonra “, habelə manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə” sözləri əlavə edilsin;

1.2.3. 2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.4. təminat verdiyi öhdəliklər üzrə sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991; 2019, № 6, maddə 1014; 2020, № 11, maddə 1355; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1782 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) vəsaiti hesabına ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, sahibkarların manatla aldıqları kreditlər (bundan sonra – sahibkarlıq kreditləri) üzrə təminatların və sahibkarlıq kreditlərinə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların (bundan sonra – faiz subsidiyaları), habelə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədi ilə” sözləri çıxarılsın;

2.2. 1.3-cü bənddə “Fondun” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbəndə “sahibkarlıq krediti” sözlərindən sonra “, yaxud manatla emissiya etdiyi istiqrazlar üzrə öhdəliklərinə təminat” sözləri əlavə edilsin;

2.4. 6.1.1-ci yarımbənddə “habelə sahibkarlıq kreditləri üzrə” sözləri “sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və sahibkarlıq kreditlərinə (bundan sonra – sahibkarların öhdəlikləri)” sözləri ilə əvəz edilsin;

2.5. 6.1.3-cü yarımbənddə “sahibkarlıq kreditləri” sözləri “sahibkarların öhdəlikləri” sözləri ilə əvəz edilsin;

2.6. 6.1.7-ci, 6.1.8-ci, 8.3.4-cü yarımbəndlərdə və 10.3-cü bənddə “sahibkarlıq kreditləri” sözləri “sahibkarların öhdəlikləri” sözləri ilə əvəz edilsin;

2.7. 6.3-cü bənddə “Sahibkarlıq kreditləri” sözləri “Sahibkarların öhdəlikləri” sözləri ilə əvəz edilsin;

2.8. 6.4-cü bənddə “Sahibkarlıq kreditləri üzrə öhdəliklərin” sözləri “Sahibkarların öhdəliklərinin” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2022-ci il

FƏRMANLAR bölməsi