Salman Rüşdi süni nəfəs aparatından ayırılıb

XARİCİ XƏBƏRLƏR
14 Avqust
12:21

Onun danışdığı bildirilir

Yazıçı Salman Rüşdi süni nəfəs aparatından ayırılıb və bıçaqlandıqdan bir gün sonra yenidən danışa bilir.

75 yaşlı Rüşdi Nyu York ştatında keçirilən tədbirdə çıxış edərkən hücuma məruz qalıb və vəziyyəti ağır idi.

O, qalmaqallı “Şeytan ayələri” romanına görə illər boyu ölüm təhdidləri alıb.

Cümə günü hücumda ittiham olunan şəxs adam öldürməyə cəhddə təqsirli olmadığını etiraf etsə də, həbs olunub.

Xatırladaq ki, 24 yaşlı Hadi Matar səhnəyə qaçaraq Rüşdiyə üz, boyun və qarın nahiyəsindən azı 10 bıçaq zərbəsi vurmaqda ittiham olunur.

Tədbirdə Rüşdidən müsahibə götürməli olan Henri Riz başından yüngül xəsarət alıb. O, təqib təhlükəsi altında ölkədən qovulan yazıçılara sığınacaq verən qeyri-kommersiya təşkilatının həmtəsisçisidir.

Hücumdan əvvəl Salman Rüşdi ABŞ-ın bu cür yazıçılar üçün təhlükəsiz sığınacaq olması haqqında nitq söyləmək üzrə idi.

1988-ci ildə “Şeytan ayələri” nəşr olunduqdan sonra yazıçı 10 ilə yaxın gizlənməyə məcbur olub.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi