“Saudi Aramco” mənfəətini 87,9 milyard dollara yüksəldib

XARİCİ XƏBƏRLƏR
14 Avqust
22:12

Dünyanın ən böyük neft istehsalçısı hesab edilən “Saudi Aramco” ilin ilk yarısına olan hesabatını açıqlayıb. Şirkətin xalis mənfəətinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 86 faiz artıraraq rekord həddə - 87,9 milyard dollara yüksəldiyi məlum olub.

“Aramco, 2021-ci ilin eyni dövrlərində müvafiq olaraq 25,5 milyard və 47,2 milyard dollarla müqayisədə ikinci rübdə 48,4 milyard dollar və birinci yarımillikdə 87,9 milyard dollar olmaqla rekord rüblük və yarımillik xalis gəlir əldə edib”.

Şirkətin hesabatında qeyd edilib ki, artan neft qiymətləri və satış həcmləri, eləcə də emal sektorunda yüksək marjalar mənfəətin əsas amilləri olub.

 

XARİCİ XƏBƏRLƏR bölməsi