ABŞ-da ketçupun qiymətlərinin artacağı gözlənilir

XARİCİ XƏBƏRLƏR
14 Avqust
21:04

ABŞ-da quraqlığın olduğuna görə, eləcə də yanacaq və gübrələrin bahalaşması səbəbindən ketçupun qiymətində artım proqnozlaşdırılır.

“Bloomberg” istehsalçılara istinadən xəbər verir ki, ABŞ-da yanacaq və gübrə qiymətlərinin artması, həmçinin ölkədəki quraqlıq pomidor, pomidor sousları və ketçupların qiymətinin artmasına səbəb olub.

Kaliforniya Pomidor Yetiştiriciləri Assosiasiyasının rəhbəri Mayk Montna deyib: “Bir tərəfdən, quraqlıq xərclərə təsir edir, çünki sizin hektarla torpaqlarınızda əkmək üçün kifayət qədər su yoxdur, digər tərəfdən isə... yanacaq və gübrə qiymətləri yüksəlir”.

Qeyd olunur ki, ötən illə müqayisədə müştəriləri arasında Amerikanın ən iri qida brendlərinin də olduğu “İnqoram”ın tomat pastasının qiymətləri 80 faiz artıb.

Agentliyin məlumatına görə, Kaliforniya emal olunmuş pomidor istehsalı üzrə dünya lideridir.

"Xalq qəzeti"

XARİCİ XƏBƏRLƏR bölməsi