Aİ kondisionerlərin istifadəsini məhdudlaşdırmaq istəyir

XARİCİ XƏBƏRLƏR
14 Avqust
19:58

Avropa Parlamentinin üzvü, avstriyalı Sara Viner müvafiq təşəbbüslə çıxış edib. O, bununla bağlı Avropa Komissiyasına müraciət göndərib.

Xanım deputatın fikrincə, Avropanın bir çox pərakəndə satış məntəqələrində istifadə edilən arxa işıqlı displeylər şəhər yerlərində gecə enerji istehlakına təsir edən əsas amillərdən biridir. Onun sözlərinə görə, digər problem odur ki, bir çox mağazalar "kondisioner və ya isitmə aktiv olduqda qapılarını açıq saxlayırlar" və bu, enerji səmərəliliyini azaldır.

"Mövcud vəziyyət nəticəsində üzləşə biləcəyimiz elektrik enerjisi çatışmazlığı zamanı mühüm rol oynayacaq əsas enerji qənaət tədbirinin tətbiqi üçün əsaslar var", - Avropa Parlamentinin deputatı bildirib.

O, Fransanı misal çəkib. Onun sözlərinə görə, Fransada artıq saat 01:00-dan 06:00-a qədər işıqlı reklamlara qadağa qoyulub, baxmayaraq ki, tədbir hava limanları və dəmiryol vağzallarına şamil edilmir.

"Avropa Komissiyası enerjiyə qənaət etmək üçün Aİ səviyyəsində reklam displeylərinin istifadəsinə oxşar məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirəcəkmi?" – deyə deputat soruşub.

"Xalq qəzeti"

XARİCİ XƏBƏRLƏR bölməsi