“Hindistanlı Uorren Baffet” Rakeş Junjunval vəfat etdi

XARİCİ XƏBƏRLƏR
14 Avqust
17:39

Media tərəfindən “Hindistanın Uorren Baffetti” adlandırılan hindistanlı sərmayəçi və milyarder Rakeş Junjunvala 62 yaşında vəfat edib. Bu barədə “Reuters” agentliyinə onun ailə üzvlərindən biri məlumat verib.

Junjunvalanın ailəsi agentliyə bildirib ki, "Rakeş ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib”. Milyarderin ölüm səbəbi hələ dəqiqləşdirilməyib. Onun üç övladı var.

Hindistanlı iş adamı “Rare Enterprises” investisiya şirkətinə rəhbərlik edib, 2022-ci ildə “Akasa Air” aviaşirkətini təsis edib. 2022-ci ilin iyul ayına olan məlumata görə, onun sərvəti təxminən 5,8 milyard dollardır və “Forbes”ə görə Hindistanın 36-cı ən varlı adamı idi.

XARİCİ XƏBƏRLƏR bölməsi