Avropa İttifaqından Rusiyaya ixracat bir ayda 18 faiz artıb

XARİCİ XƏBƏRLƏR
14 Avqust
09:22

İyun ayında Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya məhsul ixracını 4,45 milyard avroya çatdırıb. Bu, may ayı (3,78 milyard avro) ilə müqayisədə 18 faiz çoxdur. Ətir və kosmetika ixracı 38 faiz artaraq 234 milyon avroya, tibbi alətlər ixracı 38 faiz artaraq 286 milyon avroya çatıb.

Plastik və plastik məmulatların ixracı da 16 faiz artaraq 234 milyon avroya, elektrik avadanlıqları və komponentlərinin ixracı isə 7 faiz artaraq 187 milyon avroya çatıb. Aİ ölkələri arasında Rusiyaya ən böyük məhsul ixracatçısı Almaniyadır (iyun ayında 1,16 milyard avro. İkinci yerdə İtaliya (523 milyon avro) qərarlaşıb. Baltikyanı ölkələrdən ixra­cat iyunda may ayı ilə müqayisədə 34 faiz artaraq 481 milyon avroya çatıb.

RBK saytı xəbər verir ki, buna bax­mayaraq, Avropa ölkələrindən Rusiyaya ixracat hələ də 2021 səviyyəsindən xeyli aşağıdır. Həmin ilin iyun ayında Aİ Rusiyaya ümumilikdə 7,21 milyard avro dəyərində mal ixrac edib.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi