Serbiya bacardıqca Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

XARİCİ XƏBƏRLƏR
14 Avqust
09:43

Serbiya Prezidenti Aleksandr Vuçiç Prva TV telekanalına müsahibəsində bildirib ki, Serbiya anti-Rusiya sanksiyaları məsələsində öz müstəqil siyasətini davam etdirəcək və bacardıqca sanksiyalar tətbiq etməyəcək.

Aleksandr Vuçiç deyib: “Biz Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində öz müstəqil siyasətimizi bacardığımız qədər davam etdirəcəyik. Və mənim “bacar­dığımız qədər” sözüm siyasi səhnədəki digərlərindən daha güclüdür. Bizim siyasətimiz Avropa yolu ilə getmək, adət-ənənələrimizi, dostluğumuzu qorumaq, özümüzə güvənmək, müstəqil olmaqdır”.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi