Tovuz Rayon İcra Hakimiyyəti 2022-ci ildə Tovuz rayonunda “Şəhidlər xiyabanının təmiri” işlərinin satın alınması məqsədilə AÇIQ TENDERƏ DƏVƏT EDİR

REKLAM VƏ ELAN
13 Avqust
02:16

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs - Məmmədov Mübariz Məmməd oğlu, telefon- 050 264-62-48.

İştirak haqqı 150 manatdır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddiaçılar müsabiqəyə daxil olduq­dan sonra "Asan Ödəniş et" düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanma­sı üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol­masının məhkəmə qaydasında qadağan edilməməsi;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 sentyabr 2022-ci il saat 11.00-a , tender təklifi və bank təminatını isə 12 sent­yabr 2022-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 13 sentyabr 2022-ci il saat 11.00-da açılacaqdır. İddi­açılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prose­durlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

 

REKLAM VƏ ELAN bölməsi