Mədəniyyət Nazirliyində kadr təyinatı olub

MƏDƏNİYYƏT
10 Avqust
11:08

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

A.Yusubov sonuncu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.

MƏDƏNİYYƏT bölməsi