Qədim Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapılıb

XARİCİ XƏBƏRLƏR
8 Avqust
14:17

Misirdə beynəlxalq alimlər qrupu qazıntılar zamanı Günəş tanrısı Ranın qədim məbədinin xarabalıqlarını tapıblar.

"Xalq qəzeti" xəbər verir ki, məbəd Qahirədən təxminən 20 kilometr məsafədə, Əbu Qurab məbədi kompleksinin yanında aşkarlanıb.

İlkin qiymətləndirmə tarixi obyektin təxmini yaşının 4500 min ildən çox olduğunu ortaya qoyub. Məbədin inşası beşinci sülalə dövründə (e.ə. 2465-2323-cü illər), Ra kultunun populyarlığının zirvəsində baş verib.

Mütəxəssislər hesab edirlər ki, məbəd yeri itirilən dörd Günəş məbədindən biri ola bilər.

XARİCİ XƏBƏRLƏR bölməsi