Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir

XARİCİ XƏBƏRLƏR
6 Avqust
23:48

 

Azərbaycanlı qardaşlarımızın şəhid olmasına səbəb olan hücumu qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın orada əksini tapan öhdəliklərini tezliklə yerinə yetirməsi vacibdir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tay­yib Ərdoğan Soçi səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Londondakı səfirliyinə hücumun qəbuledilməz olduğunu bildirən Türkiyə Prezidenti deyib: “Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günah­karlar lazımi cəzalarını alacaqlar”.

AZƏRTAC

XARİCİ XƏBƏRLƏR bölməsi