Gədəbəy: Şəhidin ad günü rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd olundu

SOSİAL HƏYAT
7 Avqust
00:15

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.

Rayon rəhbərliyinin tapşırığına əsasən, bu dəfə şəhid Şəhriyar Hacıyevin 23 yaşı ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Apa­ratının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, YAP rayon təşkilatının sədri Rüstəm Nağıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Novoivanovka kəndinə gəliblər. Onlar şəhidin doğum günündə onun ailə üzvləri ilə birlikdə məzarını ziyarət ediblər, üzərinə tər qərənfillər düzüblər, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Natiq Nağıyev Vətən uğrunda canın­dan keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib. O deyib ki, biz Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən Şəhriyar Hacıyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Şəhriyar kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Qeyd edək ki, müharibədə qəhrəmanlıq göstərən şəhid Şəhriyar Hacıyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

SOSİAL HƏYAT bölməsi