Türkiyənin Hatay əyalətində güclü meşə yanğını başlayıb.

XARİCİ XƏBƏRLƏR
6 Avqust
10:24

Təbii hadisə axşam saatlarında Samandağ rayonundakı meşəlik ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

"Xalq qəzeti" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

XARİCİ XƏBƏRLƏR bölməsi