Çin Nensi Pelosiyə sanksiyalar tətbiq edəcək

XARİCİ XƏBƏRLƏR
5 Avqust
23:58

“Sinxua” agentliyinin yaydığı məlumata görə, Çin Xalq Respublikası (ÇXR) ABŞ Nümayəndələr Palata­sının spikeri Nensi Pelosiyə qarşı sanksiyalar tətbiq edəcək.

Mənbə qeyd edir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, sanksiyalar Nensi Pelosi ilə yanaşı, onun ailə üzvlərinə də tətbiq olunacaq

Qeyd edək ki, rəsmi Peki­nin sərt etira­zına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-3-də Tayvana rəsmi səfər edib.

Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi