Bakı Şəhər Mədəniyyət Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirilib

MƏDƏNİYYƏT
4 Avqust
22:30

Avqustun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev vətəndaşlarla görüşüb.

Baş İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, idarənin aidiyyəti sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, müraciətlərin qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbulda ümumilikdə 12 nəfər vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.

MƏDƏNİYYƏT bölməsi