“Can nənə bir nağıl de” adlı videoçarx hazırlanıb

MƏDƏNİYYƏT
4 Avqust
17:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı “Can nənə bir nağıl de” adlı videoçarx hazırlayıb.

"Xalq qəzeti" xəbər verir ki, videoçarxda uşaqlarda kitaba sevgi aşılamaq üçün kitabxanada olan uşaq kitablarının bir hissəsi nümayiş olunub.

Uşaqların gələcək həyata hazırlanmasını uşaq ədəbiyyatı olmadan təsəvvür etmək mümkün deyil. Bu məqamda uşaq ədəbiyyatı övladlarını yaşdan-yaşa, addım-addım irəli aparmaq, düşündürmək, tərbiyə etmək vəzifələrini yerinə yetirən valideynlərin də işini həyata keçirir. Uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir. Ən kamil uşaq əsərləri ən çox yadda qalan dərslərdir.

Aşağdakı keçidə daxil olub daha ətraflı məlumat ala bilərsiniz.

https://www.instagram.com/p/CgzAjguF1kb/?igshid=YmMyMTA2M2Y=

MƏDƏNİYYƏT bölməsi