Bayden Türkiyənin F-16 qırıcıları ilə bağlı tələblərini dəstəkləyir

XARİCİ XƏBƏRLƏR
7 İyul
00:21

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib ki, ABŞ Prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

Karin Jan-Pyer deyib: "F-16 məsələsi ilə bağlı mövqeyi­miz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib: “Biz Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməliyik. Başqa bir addım atmaq Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Biz Konqresin razılığını almalıyıq və mən inanıram ki, buna nail olacağıq”.

ABŞ Prezidenti əlavə edib ki, Türkiyəyə yeni F-16-ların verilməsi Birləşmiş Ştatların və bütövlükdə Şimali Atlantika alyansının mövqeyini gücləndirəcək.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi