Yaponiya Marsda və Ayda yaşayış məskəni qurmaq niyyətindədir

XARİCİ XƏBƏRLƏR
7 İyul
00:20

Yaponiyanın Kioto Universiteti və "Kaji­ma" İnşaat Korporasiyası birgə gələcəkdə Marsda və Ayda insan həyatı üçün yararlı olacaq tikili qurmaq niyyətindədir.

"NHK" televiziya kanalı xəbər verir ki, tədqiqatçıların əsas vəzifələrindən biri tikilinin içərisində uzunmüddətli həyat üçün zəruri olan yerin cazibə qüvvəsinin analoqunu yarat­maqdır. Bu problemin həlli məqsədilə yaşayış yerinin öz oxu ətrafında fırlanması təklif olunur. Alimlər hesab edirlər ki, bu halda yaranan mərkəzdənqaçma qüvvəsi sayəsində cazibə qüvvəsinin formalaşması mümkün olacaq.

Tikilinin hündürlüyü 200 metrdən 400 metrə qədər, diametri – 200 m ola bilər.

Vestminster Universitetinin professoru Dartnell isə belə hesab edir ki, Ay Yerə Marsdan daha yaxındır, qiymətli resursları çoxdur. Ona görə də Ayda məskunlaşma daha əlverişlidir. Professor qeyd edir ki, Yerdəki resurslar tükənməyə başlayır. Bu səbəbdən də yeni mənbələr barədə fikirləşmək lazımdır.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi