Kanada Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiq edən ilk ölkə oldu

XARİCİ XƏBƏRLƏR
7 İyul
00:19

Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları təsdiq edən ilk NATO ölkəsi oldu.

 

Kanadanın Baş naziri Castin Trüdonun yaydığı bəyanatda bildirilir ki, bu gün iyulun 5-də Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını təsdiq edən ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tam üzvlüyə yaxınlaşdırır.

Castin Trüdo iki ölkənin tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə əminliyini ifadə edib: “Biz rəqibin müdaxilə im­kanlarını məhdudlaşdırmaq üçün NATO-nun bütün üzvlərini ratifikasiya prosedurunu tezliklə başa çatdırmağa çağırırıq”.

Baş nazir qeyd edib ki, Kanada alyansın qurucu ölkələrindən biri kimi demokratiya­nı qorumağa, öz öhdəliklərini və borcunu yerinə yetirməyə qadir olan, Şimali Atlantika blokunun kollektiv müdafəsinə töhfə verən hər bir Avropa ölkəsi üçün açıq qapı siyasətinin tərəfdarı olaraq qalır.

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO üzvlüyünə daxil olması barədə protokolu artıq Danimarika, Norveç, Böyük Britaniya, Estoniya və İslandiya da təsdiq ediblər.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi