“Azərişıq" sədri Naftalanda vətəndaşları qəbul edib
SOSİAL HƏYAT
6 İyul
20:27

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyulun 6-sı saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
QSC-dən verilən məlumata görə, qəbul Naftalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
SOSİAL HƏYAT bölməsi
8 Avqust
19:48

AERA 2022-ci ilin iyul ayı üzrə əsas fəaliyyət istiqamətlərinə dair nəticələri açıqlayıb - FOTO
8 Avqust
18:16

Əqli Mülkiyyət Agentliyi və Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
8 Avqust
17:05

Şəhid və şəhid ailəsi statusu almış şəxslərin, müharibə veteranlarının elektron reyestri yaradılacaq