DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

SOSİAL HƏYAT
6 İyul
11:38

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən iyulun 5-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 72-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

SOSİAL HƏYAT bölməsi