Səhiyyə nazirinə yeni müşavir təyin edilib

SOSİAL HƏYAT
6 İyul
10:49

Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə naziri Teymur Musayevin yeni müşaviri təyin edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Rüfət Hacıəlibəyov səhiyyə nazirin müvafiq əmrinə əsasən, səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin olunub.

Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

SOSİAL HƏYAT bölməsi