Kansler Almaniyada cari iqtisadi problemləri uzunmüddətli adlandırıb

XARİCİ XƏBƏRLƏR
6 İyul
01:29

Kansler Olaf Şolts bildirib ki, Almaniyada mövcud iqtisadi problemləri tez bir zamanda həll etmək mümkün olmayacaq.

Kansler iqtisadiyyatda yaranmış mürəkkəb vəziyyətlə bağlı iyulun 4-də Berlində hökumət, həmkarlar ittifaqları və biznes-assosiasiyalarının razılaşdırılmış hərəkətlərinə həsr edilmiş toplantıda deyib: “Bugünkü böhran yaxın bir neçə həftə ərzində bitməyəcək. Biz vəziyyətin yaxın gələcəkdə dəyişməyəcəyinə hazır olmalıyıq. Başqa sözlə, biz tarixi bir problemlə üzləşmişik”.

Olaf Şolts mövcud çətinlikləri 1960–1970-ci illərdəki vəziyyətlə müqayisə edərək bildirib ki, biz tapdanmış yollardan kənara çıxaraq rellığa uyğun qərarlar qəbul etməliyik.

Kansler qeyd edib ki, hökumət öz səylərini əhalinin real itkilərinin azaldılma­sına, qiymət artımının qarşısının alınması­na yönəltməlidir. Olaf Şolts iqtisadiyyatda yaranmış ağır vəziyyətin səbəblərindən bəhs edərkən bu sırada Rusiyanın Ukraynaya hərbi müdaxiləsini, koronavirus pandemiyasını və tədarük zəncirində qırılmaları xüsusi vurğula­mışdır.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi