Amerikalı alim Yerin nüvəsi ilə bağlı araşdırma aparıb

XARİCİ XƏBƏRLƏR
6 İyul
00:37

BBC-nin yaydığı məlumata görə, amerikalı geoloq İn Çonun apardığı araşdırmanın nəticələri “dünya üçün fəlakət xəbəri” kimi şərh edilir. Bildirilir ki, Yer kürəsinin mərkəzini araşdıran Ço nüvənin daxilindəki maddənin azaldığını üzə çıxarıb.

Amerikalı alimin kəşfində 20 il fərqlə baş verən 2 zəlzələdən əldə edilən seys­mik müşahidələr mühüm rol oynayıb. O, ilk növbədə, iki zəlzələdən əldə edilən ölçmələri araşdırıb və onlar arasında önəmli fərqləri müəyyən edib. Bu fərqlər planetin xarici nüvəsində konveksiyada və ya metal axınında önəmli dəyişikliyin baş verməsi anlamına gəlir.

Bildirilir ki, 1997-ci ilin mayında Cənubi Sakit okeanın Kermadek adalarında güclü zəlzələ baş verib. 21 il sonra – 2018-ci ilin sentyabrında eyni ərazidə başqa bir zəlzələ qeydə alınıb. Zəlzələ eyni yerə dəydiyi üçün eyni sürətlə seysmik dalğalar göndərməli idi. Amma Ço gözlənilənin olmadığını bildirir.

Məlumata görə, real vaxt rejimində seysmik titrəyişləri qeydə alan 4 stansiyadan alınan məlumatlar seysmik dal­ğaların (SKS) 2018-ci il zəlzələsi ilə müqayisədə təxminən bir saniyə daha sürətlə hərəkət etdiyini üzə çıxarıb. Bu o deməkdir ki, nüvənin daxilindəki maddə azalır.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi