Praqada Avropa İttifaqının qeyri-rəsmi zirvə görüşü keçiriləcək

XARİCİ XƏBƏRLƏR
2 İyul
00:45

Avropa Şurasının sədri Şarl Mişel Çexiyanın Baş naziri Petr Fialo ilə birgə mətbuat konfransında bil­dirib ki, oktyabrın 6-7-də Çexiyanın Praqa şəhərində Avropa İttifaqı (Aİ) ölkələrinin qeyri-rəsmi zirvə görü­şü keçiriləcək.

Şarl Mişel deyib: "Oktyabrın 6-7-də Praqada Aİ ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək... Burada birlik ölkələri və onun tərkibinə daxil olmayan dövlətlər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Ukraynadakı vəziyyətə diqqət yetiriləcək”.

Çexiyanın baş naziri Petr Fiala qeyd edib ki, biz böyük çağırışlarla üzləşirik: “Bunlar təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində çağırışlardır: Biz, Aİ ölkələri bir-birimizlə əməkdaşlıq etməliyik. Aİ və NATO sıx əməkdaşlıq etməlidir".

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi