Tovuz Rayon İcra Hakimiyyəti 2022-ci ildə büdcədənkənar vəsait hesabına Tovuz şəhəri və Bozalqanlı kəndində yolların təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDERƏ DƏVƏT EDİR

REKLAM VƏ ELAN
1 İyul
00:34

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.eten­der.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texni­ki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən he­saba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Məmmədov Müba­riz Məmməd oğlu, telefon- 050 264-62-48.

İştirak haqqı 350 manatdır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddi­açılar “Asan Ödəniş et” düyməsini sıxaraq müsabiqədə iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma­lıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (ten­der təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yu­xarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 iyul 2022-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 3 avqust 2022-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 4 avqust 2022-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prose­durlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi
11 Avqust
00:04
Elan