ABŞ və Avropa İttifaqı nümayəndələri kosmosda əməkdaşlığı müzakirə ediblər

XARİCİ XƏBƏRLƏR
30 İyun
23:51

 ABŞ və Avropa İttifaqının nümayəndələri Vaşinqtonda kosmos üzrə dialo­qun (Space Dialogue) növbəti görüşünü keçiriblər.

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, kosmosda fəaliyyətin təhlükəsizliyinin təmin edilməsini də müzakirə ediblər: “Tərəflər Yer səthinin müşahidəsi, təbii fəlakətlərə reaksiya, qlobal peyk naviqasiya sistemləri, kosmik uçuşların təhlükəsizliyi, kosmosda vəziyyətin müşahidəsi, həmçinin kosmosda təhlükəsizliyin və uzunmüddətli davamlı fəaliyyətin təmin edilməsi məqsədi ilə transatlantik əməkdaşlıq imkanları sahəsində əməkdaşlığı müzakirə ediblər”.

XARİCİ XƏBƏRLƏR bölməsi