Kanada Ukraynaya daha 118 milyon ABŞ dolları ayıracaq

XARİCİ XƏBƏRLƏR
30 İyun
06:53

Kanada hökuməti humanitar və digər ehtiyaclar üçün Ukraynaya daha 151,7 milyon Kanada dolları (təxminən 118 milyon ABŞ dolları) ayıracaq. Məlumatı UNİAN agentliyi yayıb.

Xəbərdə deyilir ki, bu barədə Şimali Amerika ölkəsinin Baş naziri Castin Trüdonun Almaniyada keçirilən “Böyük yeddilər” sammitinin yekunlarına görə yayılan mətbuat xidmətinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, Baş nazir Trüdo tədbirdə Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün yeni humanitar yar­dımın göstərilməsi üçün 151,7 milyon Kanada dolla­rı ayrıldığını açıqlayıb.

Qeyd edək ki, bu məbləğin 75 milyon Kanada dolları (təxminən 58 milyon ABŞ dolları) birbaşa ərzaq, tibbi ləvazimat və müvəqqəti sığınacaqların alınmasına yönəldiləcək. 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramları­na yönəldiləcək.

Bundan əlavə, Castin Trüdo qeyd edib ki, rəsmi Ottavanın əvvəllər Kiyevə yardım üçün ayırdığı 73 milyon Kanada dolları (56,7 milyon ABŞ dolları) Ukrayna və onun qonşu dövlətlərində humanitar böhranın aradan qaldı­rılması üçün tədbirlərə yönəldiləcək.

Yeri gəlmişkən, hazırda Kanadada iki milyona yaxın Ukrayna mənşəli vətəndaşın yaşadığı bildiri­lir. Onların çoxu Birinci Dün­ya müharibəsi ərəfəsində və sonrakl illərdə bu ölkəyə mühacirət ediblər. Ukrayna diasporu burada kifayət qədər fəal və güclüdür.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi